Mərakeş İspaniyanı miqrantlarla bağlı öhdəliyi yerinə yetirməməkdə ittiham etdi
Qeyri-qanuni miqrantların və müşayiətsiz yetkinlik yaşına çatmayanların İspaniyadan Mərakeşə geri qaytarılmamasına görə məsuliyyət İspaniya tərəfinin üzərinə düşür.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Mərakeşin xarici işlər naziri Nasir Burita BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İspaniyanın xarici işlər naziri Xose Manuel Albareslə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, miqrantların geri qaytarılması baş tutmayıbsa, bu məsələ Mərakeşə deyil, İspaniyaya ünvanlanmalıdır. Burita vəziyyətin İspaniyadakı mübahisələr, maneələr və çətinliklərlə bağlı olduğunu bildirib.
Nazir qeyd edib ki, Mərakeş bütün qeyri-qanuni miqrantların və müşayiətsiz yetkinlik yaşına çatmayanların geri qaytarılmasının tərəfdarıdır.
