Moskvada daha 76 nəfər koronavirusdan öldü


Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı yenidən artıb.



“Report” xəbər verir ki, bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, paytaxt şəhərdə son sutka ərzində koronavirusdan 76 nəfər dünyasını dəyişib.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 8 455 nəfərə çatıb.

Ümumilikdə Moskvada təxminən 561 min nəfəri yeni virusa yoluxması təsdiq edilib. Müalicə alan 410,6 min pasiyent sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu