Füzulidə iki avtomobil toqquşub, xəsarət alan var


Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



AFN-in məlumatına görə, hadisə rayonun Zobucuq qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Əsgərov Sahib Zülfüqar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona burun sümüyünün və sol sirkə kasasının sınığı diaqnozları qoyub. Yaralı reanimasiya şöbəsində yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu