Səudiyyə Ərəbistanı fevral ayı üçün neft tədarükünü qismən azaldır


Səudiyyə Ərəbistanı OPEC+ sazişi çərçivəsində qarşıdakı iki ayda neft hasilatındakı ixtisarları könüllü şəkildə artırmağı qəbul etdikdən sonra bəzi alıcılarına neft tədarükünü azaldacaq.



“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı Asiya və Avropadakı azı 9 neft emalı zavoduna (NEZ) neft tədarükünü azaldıb.

Gələ ay “Saudi Aramco”nun uzunmüddətli müqavilələr üzrə tədarükü də azalacaq, bəzi Asiya NEZ-ləri tələb etdiklərindən 20-30% az xammal alacaqlar. Agentlik müvafiq bildiriş alan şirkətlərin nümayəndələrinə istinad edir.

Mənbə bildirib ki, Asiyadakı beş NEZ fevral ayı üçün daha az neft tələb edib və onlar tələb olunan həcmləri alacaq. Adətən kiçik həcmdə xammal alan Avropa NEZ-ləri fevral ayında ümumiyyətlə heç nə tədarük etməyəcək. Eyni zamanda, “Saudi Aramco”nun tədarükünün azalması Asiyada NEZ-lərə texniki xidmət mövsümünün pik nöqtəsinin (mart-aprel ayları) yaxınlaşması ilə əlaqədardır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu