Bakıda xəstəxanda qadın özünü üçüncü mərtəbədən atıb
![](https://static.report.az/photo/3bde4747-5682-3161-9713-151246c1c9a4_850.jpg)
Bakıda xəstəxanda müalicə alan qadın intihara cəhd edib.
“Report”un xəbərinə görə, hadisə Xətai rayon arazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin balkonundan atıb. Qadının vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.