Həbsdəki jurnalistdən dövlət başçısına müraciət


Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev ölkədə gedən müharibədən istifadə edərək özünün və rayondakı bir sıra dövlət məmurlarının haqqında ifşaedici yazılar yazan jurnalist Zaur Ələddin oğlu Qənbərovu həbs etdirib.



Zaur Qənbərov saxta ittihamla həbs olunub. Rayon məhkəməsinin sədri Maarif Kazımovun sədrliyi ilə keçirilən iclasda jurnalist heç bir sübut olmasa da, saxta ittiham -xuliqanlıqda təqsirli bilinərək 3 il 6 ay həbs cəzası verilib.

Zaur Qənbərov öz həbsındən xeyli əvvəl rayon İcra Hakimiyyəti tərəfindən keçirilən şübhəli tender əməliyyatları, kadr təyinatları zamanı yol verilən rüşvətxorluq halları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu üzrə yerli qurumları tərəfindən aparılan saxta əlillik və pensiya təyinanatları barədə çoxsaylı məqalələr yazaraq ictiamiləşdirmişdi.

Bundan başqa jurnalist adları ayrı-ayrı büdcə təşkilatlarında işçi kimi rəsmiləşdirilərək işə çıxmayan işçilərlə bağlı xeyli məlumatı üzə cıxarmısdı.
Bu tipli xəbərlərin ən təkzibolunmazı və biabirçısı isə icra başçısı İbrahim Mustafayevin öz bibisi oğlu Taleh Məmmədovun adını DSMF Gədəbəy rayon şöbəsində yüksək maaşlı vəzifəyə təyin etdirərək işə çıxmadan başqa işlərlə məşğul olmasına şərait yaratması haqda olub.

Yeri gəlmişkən Taleh Məmmədov hələ də işə çıxmadan maaş almaqdadır. Məhz bu faktı ictimailəşdirdikdən sonra sonra Zaur Qənbərova qarşı DSMF Gədəbəy rayon şöbəsində təxribat törədilərək cinayət işi başlanıb. Jurnalistə bu cür ağır cəza verilməsinin bir səbəbi də onun Gədəbəy rayon Məhkəməsinin sədri Maarif Kazımovla bağlı bir neçə ifşaedici məqalə yazması, hakimin DSMF Gədəbəy rayon şöbəsinin əməkdaşları ilə əlbir olaraq qanunsuz qətnamələr çıxarması barədə məlumatları araşdırmasıdır.

Bu qətnamələr vasitəsi ilə vətəndaşlara qanunsuz pensiya, müavinətlər təyin edilib.

Zaur Qənbərov hazırda həbsdə olduğu təcridxanadan ölkə rəhbərinə müraciət edərək bildirir ki, Gədəbəy rayonunda cinayət əməlləri ilə məşğul olan məmurları ifşa etdiyi üçün həbs edilib. O xahiş edir ki, mənfur düşmən üzərində qələbə çalan Ali Baş Komandan, şəxsinə qarşı yol verilən haqsızlıq üzərində qələbə çalınmaşına da kömək etsin, yazılarında göstərilən faktların araşdırılmasına göstəriş versin. Barəsindəki saxta ittihama əsaslanan qondarma cinayət işinin ədalətli araşdırılmasını təmin etsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu