Həbs olunan jurnalist Zaur Qənbərov ülgüclə özünü doğradı


Jurnalist Zaur Qənbərov qanunsuz həbsinə etiraz əlaməti olaraq saxlanıldığı Gəncə İstintaq Təcridxanasında damarlarını doğrayıb.

Hazırda jurnalistin durumu ağırdır. Bu haqda jurnalistin qardaşı Elməddin Qənbərov məlumat verib. Deyib ki, qardaşı jurnalist fəaliyyətinə görə həbs olunub: “Zaur hazırda İstintaq Təcridxanasında aclıq aksiyası da keçirir. Mən oktyabrın 26-da ora getdim. Zauru 2 ədliyyə işçisi qoluna girib görüşə gətirdilər. Qollarını doğrayıb, çoxlu qan ititirb, bir tərəfdən də aclıq edir. Ona görə də halsızdır, yeriyə bilmir, danışığı da ləngdir. Zaur dedi ki, ona qarşı cinayətə son qoyulmasa, qanunsuz həbsi aradan qalxmasa aclığı dayandırmayacaq”.

Eləməddin Qənbərov prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya və ombudsman Səbinə Əliyvaya müraciət edərək məsələyə təcili müdaxilə edilməsini xanış edib:

“”Qardaşım Zaur Qənbərov jurnalist fəaliyyəti ilə əlaqədar həbsə alınıb və bərəsində qanunsuz həbs qərarı verilib. Qardaşımın həyatı sizin əlinizdədir, müdaxilə edin, qanunsuzluğa son qoyulsun”.

Zaur Qənbərov Anews.az xəbər portalının bölgə müxbiridir. Jurnalist fəaliyyəti ilə əlaqədar bu ilin mayında Dövlət Sosial Müdafiə Nazirliyinin Gədəbəy şöbəsində bir Qarabağ müharibəsi veteranının problemini araşdırmağa gedib və orada döyülüb. Bundan sonra cinayət işi başlanıb və Zaur Qənbərov qanunsuz olaraq istintaqa cəlb olunub. Bundan sonra da istintaqa və prokurorluğa təqdim etdiyi heç bir sübut, etiraz qəbul edilməyib.

Jurnalist qanunsuz həbsindən əvvəl ölkə baçısı İlham Əliyevə müraciət edib: “Mənim yeganə günahım Sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində “hörmət” qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çox saylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”, - deyə Zaur Qənbərov açıqlamasında vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu