Bakıda piyada yol qəzasında yaralandı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Hacızadə Qalib Qabil oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.