Daha bir qaziyə icra hakimiyyətində vəzifə verildi


İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.



"Report"un məlumatına görə, bununla bağlı icra başçısı Nahid Bağırov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vətən müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin edilib.

Qeyd edək ki, V.Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib. V.Novruzov “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley və “Vətən naminə” medalları ilə təltif olunub.

Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib, Oktyabrın 19-da Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu