PKK üzvü olmaqda ittiham olunan millət vəkili haqqında araşdırma başlandı


Türkiyənin Ankara Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) üzvü, Ağrı millət vəkili Dirayet Dilan Taşdemir haqqında araşdırma başladıb.



Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən "A Haber” televizyasında D.Taşdəmirin PKK üzvü olduğunu, bir müddət əvvəl PKK-nın İraqın şimalındakı Qara bölgəsində yerləşən bazasında olduğunu açıqladıqdan sonra Ankara Baş Prokurorluğu hərəkətə keçib.

Prokurorluqdan bildirilib ki, S.Soylunun millət vəkili haqqındakı bu açıqlaması şikayət olaraq qəbul edilib və Dirayet Dilan Taşdemir silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur.//APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu