TBMM üzvü zəlzələ zamanı həlak olub


Türkiyə Böyük Millət Məclisinin üzvü, Kahramanmaraşın millət vəkili Sıtkı Güvenç zəlzələ zamanı həlak olub.


Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı twitter hesabında yazıb.

“İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Kahramanmaraş millət vəkili Sıtkı Güvenç zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - səfir sosial şəbəkə hesabında yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu