AKP-li millət vəkili ailəsi ilə birgə dağıntılar altında qaldı!


AK Partiya Adıyaman millət vəkili Yakup Taşın rəsmi sosial media hesabında paylaşılan paylaşımda Taşın da dağıntılar altında olduğu bildirilib.


AFN.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ 10 vilayəti əhatə edib. Bir çox dağılmış binalarda axtarış və xilasetmə işlərində vaxt sürətlə gedir. AK Partiya Adıyaman Millət vəkili Yakup Taşın rəsmi sosial media hesabından Taşın da zəlzələ nəticəsində yaranan dağıntıların altında qaldığı açıqlanıb.
Paylaşımda bildirilir: "Bir çox soydaşlarımız kimi millət vəkilimiz Yakup Taş ailəsi də zəlzələ nəticəsində dağıntılar altındadır. Vəkilimizi və ailəsini dualarınıza daxil edə bilərsiniz..."

Qeyd edək ki, AK Partiya Hatay millət vəkili Hüseyn Yayman canlı yayımda ailəsinin dağıntılar altında qaldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu