Azərbaycanda yoluxma kəskin artdı

Bu barədə AFN-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
İndiyədək ölkədə ümumilikdə 236 012 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib. Hazırda 3 335 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 779, bu günə qədər isə ümumilikdə 2 635 770 test icra olunub.