Təltif edilən qadınlardan üçü hüquq müdafiəçisidir


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü ilə əlaqədar bir neçə xanımı mükafatlandırıb.


“Qafqazinfo” xəbər verir ki, bu mükafata layiq görülmüş qadınlardan üçü tanınmış hüquq müdafiəçiləridir. Söhbət Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət (Səidə) Qocamanlıdan gedir. Onların hər üçü “Şöhrət” ordeni ilə təltif olunub.

Digər təltif edilənlər arasında “Əməkdar jurnalist” adına layiq görülən Zemfira Məhərrəmli isə tanınmış televiziyaçı Qulu Məhərrəmlinin həyat yoldaşıdır.

Qeyd edək ki, bu günlərdə N. Cəfəroğlunun 80 yaşı da tamam olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu