Bir qrup hüquq müdafiəçisi DİN yanında İŞ-yə təkrar seçkilərdə iştirakdan imtina etdi - bəyanat
Bir qrup hüquq müdafiəçisi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində İctimai Şuranın yaradılması ilə bağlı təşkil olunmuş seçki komissiyasına müraciət ünvanlayıb.
AFN xəbər verir ki, onlar 03.06.2021-ci il tarixində keçirilən seçkilərdə baş vermiş pozuntulara etiraz olaraq təkrar seçkilərdə iştirak etməkdən imtina etdiklərini bildiriblər. Müraciəti İçtimai Şuraya namizəd olmuş D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səltənət (Səidə) Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsi İB-nin sədri Səadət Bənənyarlı, “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin sədri Əhməd Abbasbəyli və başqaları imzalayıblar.