Rza Drakonla bağli hüquq mümadifəçiləri, media rərhbərləri, siyasətçilər, QHT sədrləri və incəsənət xadimləri İnam Kərimova rəsmi müraciət etdi


Tanınmış hüquq müdafiəçiləri, mətbuat rəhbərləri, QHT sədrləri, incəsənət xadimləri aktyor, rejissor və ssenarist Rza Rzayevlə bağlı Ali Məhkəmənin sədri İnam Kərimova rəsmi müraciət ünvanlayıb.

AFN.az xəbər verir ki, ölkənin tanınmış şəxslərinin sayı 50 nəfərə yaxındır. Bununla bağlı mətbuata Rza Drakonun vəkili açıqlama verib. Vəkilin bildirdiyinə görə, Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edənlər ölkənin ictimai-siyasi həyatında tanınmış şəxslərdi. Bunlar hüquq müdafiəçisi Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Rauf Zeyni, mətbuat rəhbərləri Aqil Ələsgər – jurnalist (“Yeni Çağ” media qrupu – Baş redaktor), Anar Niftəliyev – jurnalist (“Axar.az” informasiya portalı - Baş redaktor), Ramilə Qurbanlı – jurnalist, publisist , Fazil Əhməd – jurnalist (“Mia.az” xəbər portalı – Baş redaktor), Günay Arda – jurnalist (TRT televiziyası), Səbuhi Qafarov – jurnalist (“AFN.az” informasiya portalı - Baş redaktor), Həbibə Qafarova – jurnalist (“AFN.az” informasiya portalı - Redaktor), Fərid Şahbazlı – jurnalist (“Editor.az” informasiya portalı – Baş redaktor), Elşad Paşasoy – jurnalist (“Yeni Müsavat” media qrupu-redaktor), Hacıbəy Heydərli – jurnalist (“AZXEBER” media qrupu – Baş redaktor), Zaur Əhməd – jurnalist (“Unikal.az” Xəbər portalı – Baş redaktor), Rey Kərimoğlu – jurnalist, qazi , İlham Tumas – jurnalist, qazi, Jalə Mütəllimova – jurnalist (AZTV xəbər studiyası – Baş redaktor müavini) Etibar Cəbrayıloğlu – jurnalist, köşə yazarı, Azər Həsrət – jurnalist (“Bayraqdar Media”- Baş redaktor, AR Əməkdar Jurnalisti), incəsənət xadimləri Elçin Hüseynbəyli – yazıçı (AYB katibi – Əməkdar incəsənət xadimi), Şahin Musaoğlu – şair, bəstəkar (AYB Hərbi Vətənpərvərlik Komissiyasının sədri), Qulu Ağsəs – şair (Prezident təqaüdçüsü) Əlabbas Bağırov – yazıçı (AYB üzvü), Aslan Quliyev – yazıçı (AYB üzvü) Eyvaz Zeynalov – yazıçı (AYB üzvü), Səfər Alışarlı – yazıçı, tərcüməçi, Nəriman Əbdülrəhmanlı – yazıçı, tərcüməçi, ssenarist, Kamran Nəzirli – yazıçı, tərcüməçi (AYB üzvü), Adilə Nəzər – yazıçı, şair (AYB üzvü), Aləm Kəngərli – yazıçı (AYB üzvü), Heydər Oğuz – yazıçı, jurnalist, Həcər Paşayeva – yazıçı, publisist (AYB üzvü), Arzu Əsəd – şair, jurnalist, Eldar Məmmədli – ictimai fəal, Şəmistan Əlizamanlı – sənətçi, (“Vətənpərvərliyin Təbliğinə Dəstək” İB sədri), Bəhruz Vaqifoğlu – aktyor (Əməkdar artist), Kamran Ağabalayev – aktyor, Kənan Mahmudov – aktyor, rejissor, tanınmış siyasətçilər Niyaməddin Orduxanlı – “BAXCP” sədrinin müavini Elxan Şükürlü – “Ədalət partiyası” sədrinin müavini, QHT sədrləri Qorxmaz İbrahimli – “Biosfer” İB sədri, Əhməd Abbasbəyli – “Cəmiyyətin İnkişafı Mərkəzi” İB sədri, Əfsələddin Ağalarov – “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İB sədri, Toğrul Allahverdiyev – “Gənclərin Təşəbbüsünə və İnkişafina Dəstək” İB sədri, Ramil Əliyev “İnkişafa və İslahatlara dəstək” İB sədridir.

Müraciətdə xuliqanlıqda ittiham olunaraq, Apelyasiya Məhkəməsi tərəfindən 18 may 2023-cü ildə həbs edilən Rza Rzayev barədə Ali Məhkəməyə edilən kassasiya şikayətinin nəzarətə götürülməsi, işə humanizm prinsiplərindən yanaşılması, aktyorun cəmiyyətdə nüfuzunun nəzərə alınması və onun azadlığa buraxılması xahiş edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu