Deputatlar və tanınmış ictimaiyyət nümayəndələri Rza Rzayevlə bağlı İnam Kərimova müraciət etdilər


Tanınmış hüquq müdafiəçiləri, KİV rəhbərləri, jurnalistlər və QHT sədrləri hazırda həbsdə olan rejissor-aktyor Rza Rzayevlə bağlı Ali Məhkəmənin sədri hörmətli İnam Kərimova müraciət edib.


AFN.az xəbər verir ki, müraciətin məqsədi xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin həbsdən azad olunmasını xahiş etməkdir. Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Səidə Qocamanlı, Rauf Zeyni, Azxeber.com saytının baş redaktoru Hacibəy Heydərli, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, Afn.az saytının baş redaktoru Səbuhi Qafarov, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, tanınmış jurnalist Elşad Paşasoy, Həbibə Abdulla, QHT sədri Əhməd Abbasbəyli, Qorxmaz İbrahimli, Ramil Aliyev, Niyameddin Orduxanlı və başqaları müraciətlərində bildirirlər ki, hörmətli İman Kərimovun işə humanizm prinsiplərindən yanaşaraq ədalətli qərar çıxarılmasını təmin edəcəyinə inanırlar.
Rza Rzayevina azad olunması üçün millət vəlilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Aqil Abbas da İnam Kərimova müraciətə qoşulublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu