Putin: “Akkuyu” AES Türkiyənin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək"
“Akkuyu” Atom Elektrik Stansiyası (AES) Türkiyənin iqtisadiyyatını daha da gücləndirəcək, enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.
APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, AES-də rusiyalı və türkiyəli mütəxəssislərin işi əvvəlcədən müəyyən olunduğu proqram üzrə icra olunur.
V. Putinin sözlərinə görə, hazırda çalışan əməkdaşların sayı 8 mindən çoxdur ki, onların əksəriyyətini də Türkiyə vətəndaşları təşkil edir.
Rusiya Prezidenti 2018-ci ilin aprelində Ərdoğanla 1-ci blokun təməlqoyma mərasimində iştirak etdiyini xatırladıb.
O qeyd edib ki, layihədə iştirak edən heyətin pandemiya şəraitində sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülüb.