Putin: Akkuyu AES Türkiyə-Rusiya tarixində ən böyük ortaq layihələrdən biridir
“Bu addım Türkiyə-Rusiya tarixində ən böyük ortaq layihələrdən biridir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
O bildirib ki, ikitərəfli tərəfdaşlığın kökündə dayanan xoş qonşuluq əlaqələri və qarşılıqlı hörmətdir: “Biz bundan sonra da iqtisadi əlaqələrimizi daha da gücləndirəcəyik. Türkiyə artıq nüvə enerjisinə sahib olan bir ölkədir".