Nüvə yanacağının ilk partiyasının Akkuyu AES-ə çatdırılması mərasimi bu gün baş tutacaq


Akkuyu AES-in birinci enerji bloku üçün nüvə yanacağının ilk partiyasının təntənəli təhvil verilmə mərasimi bu gün "Rosatom"un Türkiyədə inşa etdiyi stansiyanın ərazisində keçiriləcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, mərasimdə MAQATE-nin rəhbəri Rafael Qrossinin, "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçovun iştirak edəcəyi planlaşdırılır. Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin təntənəli mərasimdə videokonfrans vasitəsilə iştirak etməyə hazırlaşır.

Hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili və sədr müavini Erkan Candemir aprelin 26-da axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onlayn şəkildə mərasimdə iştirak edəcəyini bildirib. Daha sonra bu məlumatı Türkiyənin Energetika Nazirliyinin rəhbəri də təsdiqləyib. Ərdoğan aprelin 26-da həkimlərin məsləhəti ilə həmin gün bütün kütləvi tədbirləri ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Yanacaq stansiyaya çatdıqdan sonra Akkuyu AES nüvə energetikası obyekti statusunu alacaq. Fevral ayında AES-in tikinti sahəsinə səfəri zamanı "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib ki, 2023-cü ilin üçüncü rübündə birinci enerji blokunda ümumi tikinti-quraşdırma işlərinin başa çatdırılması və istismara verilməsinə davam edilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu