Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıb


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.



AFN-in xəbərinə görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən mülkiyyət, sağlamlıq əleyhinə, iqtisadi, korrupsiya və rüşvətxorluq, məişət zorakılığı və digər cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Bundan əlavə, iclaslarda yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə də baxılıb.

Qeyd edək ki, indiyədək Komissiyada baxılan müraciətlərin sayı 850-dən çoxdur. Komissiya baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu