Məktəblərin hamısının bağlanması effektiv olmayacaq - Təhsil eksperti
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, həmin məktəblərdə virusa yoluxma halları müşahidə edilib:
"Əslində bu sayın artması mümkündür və bu gözlənilir. Diqqəti çəkən hal ondan ibarətdir ki, virus müşahidə olunan məktəblərin şagirdləri ailə üzvləri ya digər məktəblərdə işləyir, ya da oxuyurlar. Ona görə daha çox məktəbdə qapanmaların olacağını gözləyirəm. Yaxın və bir-biri ilə təmasda olan məktəblərdə yoluxma olacağı mümkündür”.
Kamran Əsədov bildirib ki, bunun qarşısının alınması üçün ciddi addımlar atılmalıdır:
"Ən ciddi məsələlərdən biri ictimai nəqliyyatla bağlıdır. Bu gün məktəblərin tam şəkildə bağlanması effektiv olmayacaq. Hansı məktəblərdə yoluxma halları müşahidə olunursa, yalnız həmin məktəblərdə qapanmaya getmək doğru olardı. Kütləvi şəkildə bu prosesə getmək özündə mənfi tedensiyalar birləşdirəcək”.