ABŞ-da təyyarə avtomobilə çırpıldı, ölənlər və xəsarət alanlar var
ABŞ-da təyyarə qəzası baş verib.
“Report”un NBC-yə istinadən məlumatına görə, hadisə Florida ştatında qeydə alınıb. Yüngül mühərrikli təyyarə səmadan enərək Pembruk-Payns ərazisində hərəkətdə olan avtomobilə çırpılıb. Təyyarə bundan sonra partlayıb. Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Yaxınlıqdakı evin videomüşahidə kamera faciənin baş verdiyi anı çəkib.
Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.