Aparılan peyvəndləmə Britaniya ştammına təsirsizdir - mütəxəssis


Bu günlərdə ölkədə COVİD-19-un mutasiyaya uğrayan Britaniya ştammının olduğu təsdiqlənib. Mütəxəssislər yeni ştammla bağlı müxtəlif fikirlər səsləndirirlər. Doğurdanmı yeni ştamm daha təhlükəlidir və mövcud peyvəndlər onun qarşısını ala biləcəkmi?


Tibb üzrə ekspert Rasif Bagırov AFN-ə açıqlamasında bildirdi ki, hazırkı peyvənd Britaniya ştammının qarşısnı almır: “O köhnə koronovirusa təsir edir. Təzə ştamm elə də güclü də deyil. Heç Britaniyanın özündə ölüm halları ilə bağlı məlumat verilmir. Elə ciddi təsiri yoxdur. Ancaq yayılma prosesi var. Görürsən ki, uşaqlarda da peyda olur. Hansı ki, köhnə pandemiya uşaqlarda qeyd olunmurdu. Ancaq bu, uşaqlarda da müşahidə edlir, hələlik ağır formada getmir. Elə bir qorxulu proses deyil, sadəcə yoluxanların sayı çox olanda bu müəyyən təsir imkanlarına malik olur. Virus ki, formasını dəyişir, indiki üçün hazırlanmış vaksin artıq ona təsir etmir. Məsələn, adi qripin vaksini yoxdur, çünki hər gün formasını dəyişir. Elə də panikaya düşməyə əsas yoxdur. Bizdə də bəzi hallara rast gəlinir, ancaq ağır hallar yoxdur. Ölkəmizdə bəlkə də çoxdan var, ancaq bizdə virusologiya o qədər inkişaf etməyib ki, onu axtarıb tapaydırlar. Bəlkə də olub, müalicə olunub, keçib gedib. Sadəcə Britaniyada çıxandan sonra bizdə də axtarmağa başlayıblar. O tipli xəstələr bizdə şübhə yaradır, yəni baxırıq ki, həmin ştamdır, ancaq yüngül keçir. Qorxmağa dəyməz, ancaq qorunmaq məsləhətdir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov isə bu gün mediaya açıqlamasında bildirib ki, yeni ştammın əsas fərqi daha yoluxucu olmasıdır: “Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb”.

TƏBİB rəsmisi bildirib ki, ölkədə istifadə edilən vaksin ştammların törətdiyi xəstəliyi yüksək effektivliyi ilə müalicə edəcək: “Yeni ştammın törətdiyi xəstəliyin əlamətləri əvvəlkilərdən fərqlənmir. İki aydır ölkədə vaksinasiya tədbirlərinə start verilib və yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu