Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə AFN-ə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 11 nəfər “COVID-19”dan vəfat edib.