Prezidentin köməkçisi : “Yumşalmalardan sonra yoluxanların sayının artacağı gözlənilən idi”
“Biz artıq 1 ildən çoxdur pandemiya şəraitində yaşayırıq. Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir”.
AFN xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçiririlən brifinqində deyib.
Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur: “Bir çox ölkələr məhz bu səbəbdən qapanmalara gedirlər. Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu gözlənilən idi”.