Lirənin ucuzlaşması Azərbaycana necə təsir göstərəcək? - Ekspert rəyi


İqtisadçı ekspert Rövşən Ağayev Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edib.


Onun sözlərinə görə, bəzi iqtisadi şərhlərdə bu fikir tez-tez səsləndirilir ki, Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli edir:

“Nəzəri olaraq doğru yanaşmadır. Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşmə sürəti ilə inflyasiya da az qala paralel sürətlə davam edir. Ötən ilin yekunlarına görə, 20%-dən bir qədər yüksək inflyasiya qeydə alındı. Bu ilin 2 ayının nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən 16%-ə yaxın olub.

Alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edir. Bu isə o deməkdir ki, Türkiyə məhsul və xidmətlərinin rəqabətqabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi avantajın əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir.

Məsələn, lirə nominal olaraq manat qarşısında 15% ucuzlaşıbsa, amma ordakı inflyasiya ilə Azərbaycanın göstəricisindən 12% yüksək olubsa, bu halda lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3% təşkil edir. Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu