Manat alıcılıq qabiliyyətini 20%-dən çox itirib - EKSPERT


2021-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatının real miqyası pandemiyadan əvvəlki ilə nisbətən təxminən 1% böyüyüb. Lakin nominal rəqəmlər üzərindən, yəni qiymət miqyasının artması hesabına 12% genişlənib.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, ÜDM-i təşkil edən bütün əmtəə və xidmətlər baza götürülsə, manat son 2 ildə alıcılıq qabiliyyətini 12%-dən çox itirib: "Lakin qida və qeyri-məhsulları səbətinə münasibətdə bu göstərici fərqlidir. Məsələn, ən zəruri mallardan təşkil edilmiş qida səbətinə münasibətdə manat alıcılıq qabiliyyətini 20%-dən çox itirib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu