Balakəndə yas mərasimləri keçirilməsinin qarşısı alınıb


Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.



Bu barədə AFN-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşları həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu