Kəmaləddin Heydərovun yüz milyonluq şirkətinə 6 MMC birləşdi
128 milyon 269 min 123 manat 51 manat nizamnamə kapitalına malik "MKT İstehsalat Kommersiya” MMC-yə 6 şirkət birləşib.
"MKT İstehsalat Kommersiya” MMC-nin yenidən təşkil olunması ilə bağlı elan verilib.
Elanda bildirilir ki, "Beynəlxalq Ticarət Mərkəzi” MMC (VÖEN: 1500664901), "MKT-Araz Futbol Klubu” MMC (VÖEN: 5500043301), "LEQNO-İMİŞLİ" ММC (VÖEN:5500033211), "LEQNO-NEFTÇALA" ММC (VÖEN:6500008291), "İMİŞLİ SƏNAYE İNŞAAT" ММC (VÖEN:5500296271) və "İNNOVASİYA FERMER TƏSƏRRÜFATI" ММC (VÖEN:2200242641) "MKT İK” MMC-yə qoşularaq MMC-yə çevrilib.
Mediada yayılan məlumatlara "MKT Istehsalat Kommersiya” MMC-yə qoşulan şirkətlər fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. "MKT Istehsalat Kommersiya” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95-dir. Şirkətə qoşulan MMC-lər adıçəkilən hüquqi ünvanda qeydiyyatdan keçiblər.
"MKT Istehsalat Kommersiya” MMC-nin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur.//qaynarinfo.az