Azərbaycanda aparıcı dövlət şirkətləri ləğv olunur - SİYAHI


Azərbaycan Sənaye Korporasiyasına tabe olan ölkənin aparıcı dövlət şirkətləri ləğv olunur.


Ləğv olunan şirkətlərin siyahısını təqdim edirik:
"Azərtütün" MMC (VÖEN: 1305091901)
"Şəki Kərpic İstehsalı" MMC (VÖEN: 1305091881)
"Bakı Ayaqqabı" MMC (VÖEN: 1004879211)
"Azərşüşətara" MMC (VÖEN: 1101637151)
"Şəki İpək İstehsalı" MMC (VÖEN: 1305092411)
"Şəki Heyvandarlıq" MMC (VÖEN: 1305092131)
"Şəki Ət və Süd Məhsulları" MMC (VÖEN: 1305093051)
"Azərpambıq" MMC (VÖEN: 1305092261)
"Mingəçevir İzolit" MMC (VÖEN: 1305092001)
"Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti - "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılıb. "Azərbaycan Sənaye Korporasiyası” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur.
Müşahidə Şurasının üzvləri isə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankının sədri Elman Rüstəmovdur./Yeniavaz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu