Aydın Kərimovun şirkətləri ləğv olunur


Azərbaycanda 4 şirkət ləğv olunduğunu elan edib.


“Vergilər” qəzetinin verdiyi məlumatda bildirir ki, "Kaspian Marin" MMC (VÖEN-1501002291), "KASPİAN İNVEST" MMC (VÖEN – 1500122841), "BAKI MARIN SERVIS" MMC (VÖEN – 1701034981) və "CASPİAN EVENTS LTD" MMC (VÖEN – 2003250401) ləğv olunurlar.
Ləğv olunduğunu elan edən "Kaspian Marin" MMC-nin qanuni təmsilçisi Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında Şuşa şəhərinə təyin etdiyi xüsusi nümayəndəsi Aydın Kərimovdur.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu ünvan eyni zamanda Aydın Kərimovun qeydiyyatda olduğu ünvandır.

Ləğv olunan "KASPİAN İNVEST" MMC-nin də hüquqi ünvanı M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu MMC-nin qanuni təmsilçisi Rüfət Abasov eyni zamanda "BAKI MARIN SERVIS" MMC-nin qanuni təmsilçisidir.
Aydın Kərimov eyni zamanda Londonda qeydiyyatda olan və 2020-ci ilin oktyabr ayında ləğv olunan “AFEA International LLP” şirkətinin də rəhbəri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu