İçməli su azalır - Alimdən əhaliyə XƏBƏRDARLIQ


Azərbaycanda suya olan tələbatın ödənilməsi üçün suya qənaət sistemi yenidən işlənib hazırlanmalıdır.



AFN Trend-ə istinadən xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov deyib.

Azərbaycanın su ehtiyatlarının ölkənin indiki tələbatını ödəyə bilmədiyini vurğulayan mütəxəssis çıxış yolunu çaylar üzərində kiçik su anbarlarının tikilməsində, daxili su ehtiyatlarından səmərəli istifadədə və suya qənaət sisteminin yenidən işlənib hazırlanmasında görür.

Su qıtlığının və insanların suya olan tələbatının artmasının başlıca səbəbini dünyada gedən qlobal iqlim dəyişmələri ilə əlaqələndirən alim bu prosesin son 10-15 il ərzində davam etdiyini diqqətə çatdırıb.

O bildirib ki, Kür çayı hövzəsində Gürcüstan, Ermənistan və İran Kür və Araza tökülən çaylardan intensiv surətdə istifadə edir.

Həmin ərazilərdə su anbarları tikilir, suvarılan sahələr genişləndirilir ki, bu da nəticədə Kür və Araza tökülən suların azalmasına səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu