"Bank VTB" çətin durumda: İlham Əliyevə verilən sözü tuta bilmədilər


Bazarın ən zəif riteyl bankı olan “Bank VTB Azərbaycan” cari ilin 1-ci rübündə özünə 250 milyon manat pul tapmalı idi. Amma bankın kapitalında belə bir artım müşahidə olunmadı. 1-ci rübü geridə qoyduğumuza görə bankın sonrakı 3 ay ərzində bölüşdürülməmiş zərərini müsbətə dəyişəcəyi ehtimal olunur.


Valyuta.Az xəbər verir ki, bankın adıçəkilən zərərdən başqa yığılmış zərəri də var. Belə ki, bankın yığılmış zərəri 2019-cu ilin sonunda 1 milyon 596 min manat olub. Bankın bölüşdürülməmiş zərəri isə 2020-ci ilin sonunda 252 milyon 950 min manat təşkil edib. Bankın zərərlərinin artması nəticəsində “Bank VTB Azərbaycan” bazarın ən zəif riteyl bankı olub. Belə ki, 8 milyon 726 min manatlıq əməliyyat zərərinə görə, 123 milyon 417 min manatlıq cəmi öhdəliyinə görə, 75 milyon 305 min manatlıq əmanət həcminə və digər göstəricilərə görə “Bank VTB Azərbaycan” ən son sırada qərarlaşıb.

Bank 2020-ci ilin sonunda 3 milyon 860 min manatlıq mənfəət əldə etsə də, əldə etdiyi mənfəətdən vergi ödəməmişdi. Bu da bankın cari ilin ilk 5 ayında mənfəətinin vergi ödənildikdən sonra daha da azalmasına səbəb olacaq.

Qeyd edək ki, 2018-ci il yanvar ayının 27-də Davosda keçirilən görüşdə bankın prezidenti və İdarə heyətinin sədri Andrey Kostin İlham Əliyevdən bankın bağlanmaması üçün vaxt istəmiş və həmin ilin ilk 3 ayında banka 265 milyon manatlıq vəsait yerləşdirəcəyinə söz vermişdi. “Bank VTB Azərbaycan” 2018-ci ili təkrar yaşadığına görə bankın prezidentinə və onun kapitalına ehtiyacı yaranıb.

Proqnozlara görə, Azərbaycanda fəaliyəət göstərən "VTB Bank" Rusiyadan daxil olacaq maddi dəstəklə yenidən zərərini sıfırlaya biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu