Baş nazirin müavini: “Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”


“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birmənalı olaraq dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşırıq”.

Bunu APA-nın yeli bürosuna açıqlamasında Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

A.Reznikov bildirib ki, heç kimin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü pozmaq hüququ yoxdur: “Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı da belə münasibət gözləyirik. Buna görə də Ukrayna daim Azərbaycanın tərəfindədir. Hesab edirəm ki, bu gün bizim tərəfdaşlığımız üçün çoxlu predmet var. Bizə həm də bir sıra ortaq dostumuz olan ölkələr var. Bu yaxınlarda Ukrayna Prezidenti Türkiyəyə səfər edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, bir çox birgə layihələri müzakirə ediblər. Bilirik ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Ona görə də bizim bir çox birgə vəzifələrimiz var ki, birgə yerinə yetirə bilərik. Hər bir ölkənin öz təcrübəsi, potensialı var və biz qarşılıqlı olaraq bunları bölüşə bilərik”.

Qonaq nəzərə çatdırıb ki, bir gün bir sıra sahədə Ukrayna Azərbaycan üçün faydalı ola bilər: “Məsələn, Ukrayna dünyada ən böyük taxıl, günəbaxan istehsalçılarından biridir. O cümlədən bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üçün böyük həcmdə metal lazımdır. Ukrayna dünyada ən böyük metal istehsalçılarından biridir və Azərbaycana bu sahədə dəstək verə bilər. Ukraynada böyük dərman sənayesi mövcuddur. Bilirəm ki, Azərbaycan insulin istehsalı sahəsi yaratmaq istəyir, Ukraynanın bu sahədə böyük təcrübəsi var. Biz bütün bu sahələrdə təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu