Bakıda kişini avtomobil vurub, vəziyyəti ağırdır


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



"Report" xəbər verir ki, 3-cü mikrorayon dairəsi ətrafında təxminən 45 yaşlı kişini "Opel" markalı avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Ona açıq kəllə-beyin travması, qarnın küt travması və daxili qanaxma diqanozları qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu