Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb


Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən sonra Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması üzrə kompleks təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AFN-ə verilən məlumata görə, bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sər­hədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda hazırkı tədbirin milli dövlətçiliyimizin banisi Ümummilli Li­der Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsinə təsadüf etməsi ilə xüsusi əlamətdar olması qeyd olunub. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə ciddi önəm verən Dahi Öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin böyük inkişaf yolu keçməsi, məhz onun müəyyən etdiyi milli sərhəd mühafizəsi konsepsiyasının Azər­baycan Prezidenti İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında həyata keçirilməsinin hazırki xidməti nailiyyətlərin əsa­sını təşkil etməsi vurğulanıb.

Xalqımızın tarixində 9 may gününün İkinci Dünya müharibəsində fa­şizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlqıla döyüşmüş yüz minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar olması qeyd edilib.

Son iki ayda işğaldan azad edilmiş ərazilərimizdə 10 yeni hərbi his­sənin açılışının baş tutması, bu hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissədə xidmətin təşkili üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu