Belə işləmək ölümə səbəb olur

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası səbəbilə artan iş saatlarının sağlamlığa olduqca ziyan vurduğunu açıqlayıb.
BAKU.WS “euronews”a istinadən xəbər verir ki, dünya alimlərinin araşdırmalarına əsasən, həftədə 55 saat işləmək ölümə gətirib çıxarır.
745 min işçi arasında aparılan tədqiqatlardan sonra bu gərgin iş rejimi ilə çalışanların daha çox infarktdan vəfat etdiyi bildirilib.
Sözügedən ölüm halları 2000-ci ilin əvvəlləri ilə müqayisədə 30% artıb. Qlobal səviyyədə aparılan araşdırma zamanı ən çox işləyənlərin Cənub-qərbi Asiya, o cümlədən Çin, Yaponiya və Avstraliya kimi ölkələrin vətəndaşları olduğu məlum olub.
Statistikaya əsasən, 55 saatlıq iş rejimindən dünyasını dəyişənlərin yüzdə 72%-si kişilərdir. 194 ölkə vətəndaşından əldə edilən araşdırma zamanı, həftədə 55 saat işləyənlərin 30-40 saat işləyənlərlə müqayisədə ölümcül xəstəliklərə tutulma riskinin 35 % çox olduğu da məlum olub.
Vəziyyət belə olan halda Ümumdünya Səhiyyə Təşkilatı bütün şirkət rəhbərilərini iş saatlarının azaltmağa və imkan daxilində məhdudlaşdırmağa çağırıb.