Ərdoğan: “Formula-1” və ÇL-in finalının Türkiyədə təşkilinin ləğvi siyasi qərarlardır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Formula-1” üzrə dünya çempionatının, habelə UEFA Çempionlar Liqasının İngiltərənin “Mançester Siti və “Çelsi” komandaları arasında final matçının Türkiyədə keçirilməsinin ləğv olunmasını siyasi qərar hesab etdiyini bildirib.



Bu barədə “Report” TRT-yə istinadən xəbər verir.

"Hesab edirəm ki, UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib", - deyə Türkiyə prezidenti gənclərlə görüşündə vurğulayıb.

Ərdoğan bununla yanaşı qeyd edib ki, UEFA Çempionlar Liqasının 2023-cü ildəki final matçının Türkiyədə keçiriləcəyini vəd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu