Siyavuş Novruzovdan məhkəmələrə ittiham: “Ötür-ötür prosesidir”


Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məhkəmə hakimlərini tənqid edib.



AFN "oxu.az"a istinadən xəbər verir ki, S.Novruzov hakimlərin düzgün qərar çıxarmamasının problemlər yaratdığını deyib.

“Ötür-ötür prosesidir. Məhkəmə qərar çıxarır, ardınca bu qərarla apellyasiya məhkəmələrinə müraciət edilir. Daha sonra isə Ali Məhkəmə. Ali Məhkəmə isə nöqsanlar aşkarlayır və işi yenidən ibtidai istintaq üçün geri qaytarır”, - deyə S.Novruzov əlavə edib.

O qeyd edib ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu