Siyavuş Novruzov: “Bəzi məmurlar qazilərin hüquqlarını təmin etmirlər” - VİDEO


Milli Məclisin iclasında deputat Siyavuş Novruzov qazilərin problemlərindən danışıb.


S.Novruzov deyib ki, bəzi məmurlar isti kabinetdə oturur, amma qazilərin hüquqlarını təmin etmirlər.

“Hər həftə eşidirik ki, hansısa qazi intihar edir. Bu, hansı səbəbdən olur? Heç bilinmir də. Kimlərsə müraciət edən qazilərə deyirlər ki, sənin sənədlərin gəlməyib, kompüterdə yoxdur. Bu qazi öz problemi ilə məşğul olsun, psixoloji travmasının dərdini çəksin?” - deyə Siyavuş Novruzov əlavə edib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar qazilərin müraciətlərinə vaxtında cavab verməlidirlər.

“Hərəsi 5-6 min işçi saxlayır. Onları ayır, qazilərin problemlərini dinləsin, onların sənəd işlərinə yardım etsinlər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu