Qadın "Fəvvarələr parkı"nda sevgilisi tərəfindən döyüldü - FOTO


Xaçmazda döyülmə hadisəsi baş verib.

AFN "report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərində yerləşən "Fəvvarələr parkı"nda qeydə alınıb.

Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Xəstəxanada E.Xəlilova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu