FHN əməkdaşları qəzaya düşüb, yaralananlar var


Bakıda yol-nəqliyyat hadisəsi olub.



Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən AFN-ə bildirilib ki, hadisə bu gün günorta saatlarında paytaxın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə yerinə gedən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən avtomobili qəzaya uğrayıb. Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu