Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxlayıb


Ukraynanın Kiyev Vilayət Polisi məhkəmədən qaçan, axtarışda olan azərbaycanlını saxlayıb.


Bu barədə "Report"un Şərqi Avropa bürosuna Kiyev Vilayət Polisindən bildirilib.

Qeyd edilir ki, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu bu gün saxlanılıb.

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçmışdı. Ə.Məmmədov cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təqsirləndirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu