Kiyev vilayətində 1235 dinc sakinin cəsədi aşkar olunub
![](/uploads/posts/2022-05/1651663191_ukrayna-2.jpg)
Ötən sutka ərzində Ukraynanın Kiyev vilayətində daha 20 dinc sakinin cəsədi aşkar olunub.
“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin polis rəisi Andrey Nebıtov açıqlayıb.
O bildirib ki, mayın 4-nə olan məlumata görə, Kiyev vilayətinin polisi 1235 dinc sakinin cəsədini aşkar edib. Onlardan 282 nəfərin şəxsiyyətini hələ müəyyən etmək mümkün olmayıb.