İstifadə üçün yararlı olan çimərliklərin ilkin siyahısı açıqlandı


“Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər”.



AFN xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”ında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir:

“İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu