İstanbulda gəmi ilə qayıq toqquşdu, ölənlər var - FOTOLAR

Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.
Türkiyə KİV-nin verdiyi xəbərə görə, nəticədə, qayıq batıb.
Qəza 16:00 radələrində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Bir nəfərin isə həyatını xilas etmək mümkün olub.