İlqar Məmmədovun paylaşımı müzakirələrə səbəb oldu


REAL Partiyasının sədri İlqar Məmmədov rəsmi feysbuk hesabında ofislərində iməcilik işlərinin görülməsi ilə bağlı foto paylaşıb.


“Qafqazinfo” xəbər verir ki, fotoda İ.Məmmədovla yanaşı, onun müavini Natiq Cəfərli də yer alıb. Müxalif partiya liderinin paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Hər iki partiya mənsubunun təmir işləri zamanı gündəlik geyimdə olması müzakirəyə səbəb olub. Bu səbəbdən izləyicilərin bəziləri fotonun görüntü xətrinə çəkildiyini qeyd edib.

Bundan başqa, İ.Məmmədovun direldən düzgün istifadə etmədiyi də bildirilib. Divarda Azərbaycanın yenilənməmiş xəritəsinin olması da müzakirələrə səbəb olub. İ.Məmmədov xəritənin artıq çıxarıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu