REAL sədri 190 manat birdəfəlik yardım alıbmı?




REAL sədri İlqar Məmmədovun adı Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 manat birdəfəlik yardımla bağlı siyahısında aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib:

"Haradan bilək ki, bu şəxs REAL sədri İlqar Məmmədovdur, yoxsa başqası? Ad, soyad və atasının adı eynidir.

396829 MƏMMƏDOV İLQAR ELDAR OĞLU 6D1**** 24.04.2020.

Qubad İbadoğlu məsələnin siyasiləçdirilməməsini xahiş edib:

"İiddia edək ki, həqiqətən REAL sədri bu yardımı alıb. Mənim məqsədim odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gec də olsa yanlışlığını etiraf etsin, siyahıya doğum tarixini və yaşayış yerinin ünvanı əlavə olunsun. Mən buna çalışıram, xahiş edirəm ki, bu məsələni siyasiləşdirməyək”.

REAL üzvü Natiq Cəfərli isə həmin şəxsin partiya sədri İlqar Məmmədov olmadığnı bildirib:

"Bu nə İlqar Məmmədovdur, nə onun FİN kodu. Məmmədov ölkədə ən çox yayılan soyadlardandır. Bu, sırf təsadüfdür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu