İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək




Bu gün də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin REAL Partiyasının sədri İlqar Məmmədovun haqqındakı cəzasını dəyişdirib. Dəyişikliyə əsasən, İlqar Məmmədovun şərti cəzası ləğv olunub. Başqa sözlə, onun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən, ölkədən çıxış qadağası da aradan qaldırılıb.

Qaynarinfo xəbər verir ki, REAL Partiyasının xarici əlaqələr katibi Erkin Qədirli İlqar Məmmədovla bağlı yeni açıqlama verib. O bildirib ki, Ali Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətini qismən təmin edib.

"Üzərindən şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı ləğv etdi. Amma cinayət işinə xitam vermədi. Bu isə o deməkdir ki, İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd kimi iştirak edə bilməyəcək”.

E.Qədirli məsələ ilə bağlı yenidən məhkəməyə müraciət olunacağını istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu